Məhv edilən rus texnikaları Avropada nümayiş ediləcək


Varşavada Rusiyanın məhv edilmiş hərbi texnikasının sərgisi keçiriləcək.

Sozcu.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Rus generalları Lissabonda tanklarının olmasını istəyirlər. Və biz Rusiya tanklarının Avropada olmasına kömək edəcəyik, ancaq dağıntılar kimi”,-o bildirib.

Onun sözlərinə görə, Avropada zədələnmiş Rusiya avadanlıqlarının sərgiləri planlaşdırılır:

"Birinci Varşava olacaq, ondan sonra Berlin, Paris, Madrid və Lissabon kimi Avropanın digər şəhərlərində sərgilər keçiriləcək".



Oxşar Xəbərlər

Xəbər lenti