Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
Şəhidin atası vəfat etdi -
FOTO
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” –
Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Rusiya-Ukrayna savaşı başlayarsa…
Hazırda regionda Kremlə qarşı güc nümayişinin şahidi olmaqdayıq; bəs ABŞ və Avropa həlledici məqamda Kiyevə dəstəkdən geri çəkilə bilər?
Və yaxud Azərbaycan dövləti bu savaşda hansı mövqedə dayanmalıdır?
Dünyanın diqqəti OPEK-ə və Pasxa bayramına yönəlsə də, Ukrayna böhranı gərginləşir, sərhəd boyunca həm Kiyev, həm Moskva hərbi kontingent toplayır. Biz yazımızda məsələyə bir neçə bucaqdan baxaq. Bəzi ekspertlər əmin edirlər ki, vəziyyət müharibə həddinə çatmayacaq və Rusiya yalnız hədə-qorxu gəlir, amma hücum etməyəcək. Əslində isə Ukrayna, Rusiya və Belarusun iştirak edəcəyi hərbi qarşıdurma təhlükəsi var. Hazırda Ukrayna hərbçiləri Donbas bölgəsində Moskvanın dəstəklədiyi separatçılarla mübarizə aparır və münaqişə hərbi fazaya keçir.
Eyni zamanda Şimi ətrafında Rusiyanın dəstəklədiyi qüvvələrlə ağır toqquşmalar olduğu xəbərləri gəlir. Məsələn, Sevastopolun xəbər portalı
“ForPost”
martın 31-də şahidlərə istinadla bildirmişdi ki, Rusiya zirehli texnika, hərbi yük maşınlarını və özüyeriyən artilleriya bölmələrini Kerç körpüsünün dəmiryolu vasitəsilə Krıma keçirir. Sosial şəbəkə istifadəçilərinin qeyd etdiyinə görə, hərbi konvoyların hərəkəti yarımadanın demək olar ki, bütün ərazilərində müşahidə olunur. Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən portala bildirilib ki, hərbi konvoyların köçürülməsi ilhaq edilmiş Krım, Krasnodar və Stavropol ərazilərində, eləcə də Şimali Qafqazda keçirilən təlimlərlə əlaqəlidir.
“Avia.pro”
agentliyi də yük maşınlarının hərəkətinin videosunu yayımladı. Agentliyin verdiyi məlumata görə, Ukrayna Krımla sərhəddə hərbi texnika topladığı üçün Rusiya silahlı qüvvələri işğal altındakı yarımadanın müdafiəsini gücləndirir.
“Hərbi texnika Krasnodar bölgəsindən gətirilir. Dəmir yolu ilə Krıma köçürülür”
, – sözləri döyüş hazırlığını təlim kimi qələmə vermək cəhdidir.
“Krim.Realii”
xəbər portalı isə, Kerç yarımadasının şərqində Rusiya hərbi texnikası konvoylarının intensiv hərəkətinin 24 mart çərşənbə günü müşahidə olunduğunu qeyd edib. Gün ərzində ağır hərbi texnika Kerçlə Krımın iç qismini birləşdirən Tavrida magistral yolu ilə daşınıb. Konvoya təkərli piyada döyüş maşınları, komandir maşınları, mühəndis avadanlığı, çox sayda səyyar yanacaq doldurma tankerləri və personalın daşınması üçün yük maşınları daxil olub.
Atəşkəsə əməl etmək üçün Rusiyaya sanksiyalar vasitəsilə beynəlxalq təzyiqlər edilir, lakin çifayda. Bəzi analitiklərsə Moskvanın hərbi hərəkətlənməsini təxribat kimi qəbul etdikləri üçün genişmiqyaslı hərbi qarşıdurma barədə xəbərdarlıq edirlər.
Hərbi böhran yavaşlamaq üzrə idi ki, Ukrayna sərhədinə doğru tək Rusiya deyil, Moskvanın hazırkı yeganə regional tərəfdaşı Belarusun da qoşun və hərbi texnika yeritdiyini göstərən çox sayda xəbər ortaya çıxdı. Almaniyanın
“Bild”
nəşrinin müxbiri Julian Ropckenin dediyinə görə,
“BTR-80”
zirehli maşınları və hərbi yük maşınları da daxil olmaqla Belarusun böyük miqdarda hərbi texnikası sərhəd bölgəsinə köçürülür. Kiyev artan təhlükəyə həmin sərhəd xəttlərini möhkəmləndirməklə cavab verdi. Ukraynanın Ali Baş Komandanı Ruslan Xomçak mətbuata açıqlamasında Rusiyanın Ukraynanın təhlükəsizliyi üçün təhdid olaraq sərhədləri boyunca silahlı qüvvələr topladığını bildirdi. Rusiyanın
“Russia Today” telekanalı nümayişkaranə şəkildə bəyan etmişdi ki, Moskva elan etdiyi qondarma “Donetsk Xalq Respublikası”na “evə qayıtmaq”
, yəni Rusiyaya birləşmək üçün dəstək verəcək.
Qarşıdan gələn günlər bölgənin hərbi-geosiyasi vəziyyətinin müəyyən bir axara yönəlməsi üçün “qırılma anı” ola bilər.
Qərb həmişə hesab edib ki, Moskva nəinki narahatçılıq keçirir, əksinə mövcud vəziyyətdən daha çox məmnundur. Moskva Donbas bölgəsinə nəzarət edərək Ukraynanın NATO-ya sıralarına qoşulmasına mane olur. Putinin diplomatik həll variantı üçün addım atmadan, bu çıxılmaz vəziyyətlə kifayətlənməsini gözləmək isə sadəlövhlük olar. Rusiyanın əsas arzusu Rusiya və Ukraynanın şərqini birləşdirməkdir. Necə ki, Kremlin klounu sayılan Jirinovskinin dili ilə bu dəfələrlə səsləndirilmişdir. Ən azı işğal edərək ilhaq etdiyi ərazilərdən başlamaqla bunu edə biləcəklərini bəyan ediblər. Moskva bu arzusunu ya sərt diplomatiya ilə, ya da hərbi yolla həyata keçirməyə hazırdır.
Bu arada, Belarusda və Ukraynada Qərbin Moskvaya qarşı hibrid müharibə apardığı qəbul edilir. Əksər ekspertlər isə proqnoz verirlər ki, Rusiya dramatik və dağıdıcı lokal eskalasiya vasitəsi ilə
“sülhməramlıları”
bölgədə yerləşdirəcək, necə ki, Qarabağda bunu etdi. Nəticədə Rusiya gələcək hərbi aktlarına bəraət qazandırmaq üçün bəhanə əldə edə bilər. ABŞ Dövlət katibi Antoni Blinken isə Vaşinqtonun
“Rusiyanın davamlı təcavüzü qarşısında”
Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırdı. Onun bu sözdə dəstəyini də Bayden bir daha Zelenskiyə telefon zəngində təkrarladı. Amma Ukrayna üçün Qərb və ABŞ özünü müharibə vəziyyətinə salarmı? Əsas sual budur? Yəni məsələ budur ki, dəstəyə arxayınlıq Kiyevi əlində qalanları da itirməyə gətirməsin. Ukraynalı müşahidəçilər Kremlin Krımı Donbasla birləşdirən quru dəhlizi yaratmaq və yarımadanın su çatışmazlığına son qoymaq üçün cənub-şərqi Ukraynaya qəti hücum düzənləyə biləcəyinə inanırlar, çünki Ukrayna 2014-cü ildən bu yana Krıma su təchizatının 85 faizini bloklamışdı.
Məsələnin Avropanın enerji təhlükəsizliyinə səbəb olacaq nəticələrlə yükunlaşacağı da əsas suallardandır. Bu yerdə Mərkəzi Asiyadan Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan enerji-tranzit infrastrukturunun əhəmiyyəti bir daha öz sözünü deyir. Çünki ehtimal olunan genişmiqyaslı hərbi əməliyyat regional təhlükəsizliyi zərbə altına qoymaqla yanaşı, Avropa neft və qaz sektoruna da mənfi təsir göstərəcək, həmçinin dəniz yükdaşımalarına da maneə yarada bilər. Hazırkı vəziyyətdə Avropanın qaz anbarları boşalmaq ərəfəsindədir. Yəni vəziyyət kəskinləşərsə, qaz qiymətlərinin qalxması qaçılmaz olacaq. Keçən ilin bu dövrü ilə müqayisədə qaz anbarları 74 % dolu idisə, indi anbarlarda olan qazın həcmi 37 %-dir. Analitiklər gözləyirlər ki, hazırda qaz anbarlarının doluluq səviyyələrinin ümumi tutumu 16% -ə qədər enəcək. Çin səbəbi ilə Asiyada da qaza tələbat artdığı, LNG tədarükünə də arxalanmaq tam mümkün olmadığı üçün, Rusiyanın Avropa qaz bazarları vasitəsi ilə ortaya qoyduğu təzyiq tezliklə geosiyasi diktəyə çevrilə bilər. Başqa sözlə, Ukrayna böhranı partlasa, bölgədəki qaz və neft boru kəmərləri bloklansa, yeni bir enerji böhranı ola bilər.
Görünən mənzərə budur ki, Putin öz strateqləri ilə birgə Qərbin
“incə qaz damarına basır”
və Brüssel ilə Vaşinqtonun yetərli qədər sərt olmayan zəif addımları Rusiyanı iştahlandırıb. Sanksiyalar istənilən effekti vermədi. Rusiyanın qaz siyasəti Ukrayna münaqişəsinin başlayacağı təqdirdə, AB-NATO dəstəyinin dayandırılmasında əsas rol oynaya bilər. Nəticə isə Ukraynanın uduzması, Moskvanın təcavüzkar tamahının qarşısı alınmadığına görə daha da aqressivləşməsi ilə nəticələnə bilər. Bu məsələnin Rusiya-Ukrayna-Qərb bucağı.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Ukraynanın dövlət qaz şirkəti
“Naftoqaz”
Polşanın
“PGNiG”
ilə şirkəti ilə Qərbi Ukraynada qaz istehsalı ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı anlaşma memorandumu imzaladı. Bu barədə
“Naftoqaz
”ın mətbuat xidməti xəbər verib.
“Hökumət və “Naftoqaz”
ın çalışmaları bazasında, Avropa ölkələri arasında karbohidrogen istehsalı üçün ən böyük potensialın elan olunmasını mümkün edən strateji aktivlər əldə edildi. Beynəlxalq tərəfdaşları cəlb edərək, Ukraynanın qaz ehtiyatı potensialının aşkarlanması işlərini sürətləndiririk”, – deyə dövlət şirkətinin baş icraçı direktoru Otto Vaterlander bildirib. Ayrıca
“Naftoqaz”
da bildirirlər ki,
“PGNiG”
şirkəti Karpat dağlarının Ukrayna hissəsi ilə həmsərhəd bölgə də daxil olmaqla Polşada qaz yataqlarının kəşfi və hasilatı sahəsində uğurlu təcrübəyə malikdir. Əvvəlcə əməkdaşlıq Polşa ilə qonşuluqda olan yeni ərazilərin kəşf olunması üçün imkanların araşdırılmasına yönəldiləcək. Xüsusən tərəfdaşlar güman edirlər ki,
“Naftoqaz”
işə Berestyanski bölgəsindəki əməkdaşlıqdan başlayacaq.
“Bizi Qərbi Ukraynada qaz resurslarının tapılması xüsusilə maraqlandırır. Bu bölgə Polşadakı iş sahəmizlə həmsərhəddir və araşdırmalarımız göstərir ki, onun perspektivləri genişdir”
, – deyə
“PGNiG”
SA-nın vitse-prezidenti Robert Perkovski bildirir. Polşa şirkəti eyni zamanda, sərhəd yaxınlığındakı digər ərazilərdə kəşfiyyat aparmağa maraqlı olduğunu ifadə edib. Xatırladaq ki, keçən il dövlət şirkəti 13,45 milyard kubmetr və ya ümumi qazın 73% -ini istehsal edib. Bundan əlavə,
“Naftoqaz”
Qara dəniz şelfində, Yuzovskaya bölgəsində, Karpat bölgəsində və yeni sahələrdə strateji layihələr həyata keçirməyə başlayıb. Müqavilələrdə məhsul bölgüsü təsbit olunub.
Beləliklə görürük ki, artıq Ukraynanın da qaz yataqlarının işlənməsi prosesi gedir və bunda Polşa Qərbin dəstəyi, həm də tərəfdaş kimi meydana çıxır. Sovet zamanlarından təlqin edildiyi kimi Ukrayna yalnız kömür ocaqlarına deyil, həm də qaz resurslarına malikdir, Krımın isə zəngin qızıl yataqlarına malik olduğu güman edilir. Amma hələ onun taleyi qeyri-müəyyən olduğu üçün dəqiq bilgi verilmir.
Göründüyü kimi, Rusiya Ukraynanı mühasirəyə alır, Donbass və Luqanskdan daha çox Krımın ilhaqına daha çox önəm verir. Səbəb nədir? Zelenski Qətərə dünənki son səfərindən əvvəl hərbi formada hərbi məntəqələri ziyarət etməyə və xalqa
“qanunsuz yaraqlı dəstələrlə”
müharibəyə hazır olmaq müraciəti ünvanladı. Ukraynanın yeni bir rus hücumu ilə üz-üzə olduğunu bəyan etdi. Rusiyanın Ukraynanı mühasirəyə aldığı Belarus ilə Kiyevin arasındakı məsafə 150 km-dir. Bundan başqa Rusiyanın Moldaviyanın Dnestryanı bölgəsində də hərbi güclərinin olduğunu bilirik. Krımı və Donbasla Luqanskı da əlavə etsək Ukrayna üçün nəfəslik rolunu Polşanın oynadığını görərik. Qısası indiki vəziyyətdə Ukrayna Rusiyanın qısqacındadır. Hətta ərəbdilli mediada verilən məlumata görə rus xəbər portallarından birində
“Ey Yeniçəri, ey yeniçəri Donbasa gəlmə”
başlıqlı yazı da paylaşılaraq Türkiyənin Ukraynaya yardım etməsinə işarə də vururlmuşdu. Yəni Türkiyənin Ukraynaya yardım əli uzatması istənilmir. Bəzi rus qaynaqlarının bunu gizli xəbər kimi sızdırılmış xəbər obrazı yaratmaq cəhdləri olsa da, Türkiyə-Ukrayna əməkdaşlığı çərçivəsində TB2 PUA-larının bu ölkənin zavodlarında istehsal edildiyi sirr deyildi və bu barədə açıq informasiya da verilirdi. Qarabağda Türkiyənin bu texnoloji möcüzəsindən lərzəyə düşən və məğlub olan Rusiya Ukrayna tərəfindən bu PUA və SİHA-ların köməyi ilə ikinci məğlubiyyətə uğradılmağı əlbəttə istəmir. Türkiyənin Ukraynaya hərbi yardımına
“Soha”
xəbər agentliyi də toxunub. Dediyimiz kimi, Krım Ukrayna və Rusiyadan əvvəl Osmanlı dövlətinə aid olduğu üçün Türkiyə bu məsələyə Donbas və Luqansk ilə müqayisədə daha həssas yanaşır. Krım Osmanlı zamanında, hətta ondan əvvəl də türk və müəlman torpağı idi. Bir az da irəli getsək Krımın Bizans dövləti zamanlarında bu imperatorluğun bir məntəqəsi olduğunu görərik. Təbii ki, bu zamanlarda da yarımadada türk izi var idi-qıpçaq, skif kimi. Daha sonra isə Xəzər türklərinin izi… Eləcə də yəhudi izlərini də qeyd etməliyik. Hətta Krımda yəhudi dininə mənsub karaimlərə aid məbədin yerləşdiyi də məlumdur. Neolitik çağdan bəri, bir çox millətdən olan insanlar Baxçasaray ətrafındakı əhəng daşı qayalarındakı təbii eroziya nəticəsində əmələ gələn mağaralarda yaşamışdılar. Yəhudi qalası olaraq da bilinən
“Çufutkale”
, bu dik vadinin dik qayalıqlarında inşa edilmişdir. Krımdakı digər bir qədim məbəd və ya abidə
“Manqupkale”
yenə də Baxçasarayın yaxınlığında, Hoca Sala kəndinin yaxınlığında tarixi bir qaladır.
“Manqupkale”
nin adı orta əsrlərdə Doros kimi keçir. Rumlar tərəfindən başı göylərə ucalan hündür dağın zirvəsindəki ağ qayanın üzərində inşa edilmişdir. Qalanın digər adı Theodoro qalasıdır. 13-cü əsrin sonu / 14-cü əsrin əvvəllərində Trabzon və İstanbul hökmdarlarının nəslindən olan Theodoro knyazlığının şahzadələri tərəfindən idarə olunurdu. Yenə də bu məkanda Bizans-Roma, Xəzər-yəhudi izləri özünü biruzə verir. Bir başqa baxış isə
“Manqupkale”
dəki abidə-məbədin almanların əcdadı olan qotlara aid olduğu yönündədir. Alman faşizminin diqqətində Krımın niyə ayrıca yeri və anlamı olduğu, bu yarımadaya xüsusi münasibətinin olduğu qəribə deyilmi? Yenə də sokral məkan anlamı özünü göstərməkdədir. Osmanlının məhz Krımızn Rus imperiyasına güzəştə getməsindən,
“Küçük Qaynarca”
müaviləsi ilə ilk torpaq itkisi nəticəsində bu yarımadanın əlindən çıxmasından sonra zəifləməyə doğru getməsi qəribə deyilmi? İndi də Ukrayna –Rusiya qaşıdurmasında Donbas və Luqanskdan daha çox Krımın xüsusi əhəmiyyəti, anlamı olduğu görülür. Rusiyanın şərq ərazilərinin Çinə keçəcəyi təqdirdə onun yerində yaradılacağı ehtimal edilən Xazariya dövləti layihəsi planlarının olduğu söylənməkdədir. Rusiya istər-istəməz şərqdən qərbə doğru kiçiləcək. Buna görə tam itib-yoxa çıxmamaq üçün Ukraynanın şərq ərazilərinin tam işğal edilərək ələ keçirilməsi və yeni Xazariyanın yaradılması Kreml üçün əhəmiyyətlidir. Ukrayna isə Rusiyanın bu hücum təhlükəsini neytrallaşdırmağa nail olarsa, Rusiya ilə Avropanın arasında bufer dövlət olacaq. Onsuz dünyanın qloballaşmaya doğru getdiyi döməndə dövlətlərin milli elitalar tərəfindən yox korporasiyalar tərəfindən idarə olunacağı proqnozlaşdırılır. Bu layihənin başında isə üzdə olmasa da, indiyə kimi yer altına çəkilən sülalələr durur. Proqnozlara görə, bu bölgənin yeni şəkillənməsi Ukrayna qalib gələrsə yeni İsrail, Rusiya qalib gələrsə Yeni Xazariya istiqamətində gedəcək.
Biz, əlbəttə, dövlət olaraq Ukraynaya qalib gəlməsini arzu edirik və Ukraynanın tərəfindəyik. Rusiyanın imperialist iştahası elə çarlıq zamanında da, SSRi məkanında o qədər nifaq və nifrətə, qana, göz yaşına, assimilyasiyaya səbəb olub ki, çətin ki, onun dağılb tarixin arxivinə getməsini kimsə istəməyə. Şübhəsiz, rus zülmünə aşiq olanlardan söhbət getmir. Əksinə Rusiyanın vaxtı da, dövrü də artıq bitiş mərhələsinə gəlməlidir. Çox təəssüf ki, Ukrayna ərazisi Rusiya ilə ABŞ arasında qarşıdurma meydanına çevrilir. Ukrayna NATO ölkəsi olmadığından NATO ölkələri ona dəstək vermək məcburiyyətində deyil. Amma ərazisində ABŞ bazaları olan ölkələr də hədəf halına gələ bilər. Burada bir haşiyə çıxaraq bildirək ki, dünən Gürcüstanın Axalkalaki bölgəsində əvvəlki rus bazasının yerində Türkiyə hərbi bazası qurulacaq. Türkiyə isə həm də NATO deməkdir. Ukrayna isə çox ehtiyatlı olmalıdır ki, Dneprə qədərki torpaqlarını da itirməsin. Çünki Rusiyaya uduzarsa, aprçalanacaq, torpaqları qərb torpaqları Polşanın
“Reç Pospolita”
layihəsinə, Şərqdəki torpaqları isə İsraildən kütləvi köçə zorlana biləcək yəhudilər üçün nəzərdə tutulan
“Xazariya”
ya qurban gedə bilər.
Ülviyyə ŞÜKÜROVA
Oxşar Xəbərlər
Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR
Daşqın Gülməmmədov: "Ukrayna üçün artıq Rusiya rəsmi düşməndır"
Donbass separatçılarının canını “Bayraktar” qorxusu alıb -
Rusiya sülhməramlıları əməliyyat bölgəsindədir
Xəbər lenti
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...”
- Sabiq deputat sensasiyalı faktları açıqladı
Nazir oğlu: "400 minlik yeyintidən xəbərim olmayıb"
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Şəhidin atası vəfat etdi -
FOTO
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” –
Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… -
Deputat
Kobaxidze Baş nazir vəzifəsində qalacaqmı?
Temperatur 20 dərəcəyə yüksələcək
"Şimali Koreya Rusiyaya artilleriya sistemləri və MLRS-lər verib" -
Xarici KİV
“BakuBus” avtobusu qadını vurdu -
Vəziyyəti ağırdır
Azərbaycan və Pakistan Silahlı Qüvvələr rəhbərləri görüşüblər
General oğluna yüksək vəzifə verildi
Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü
Gürcüstan prezident seçkilərinin vaxtını yəqinləşdirəcək
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Əli Əsədov yeni qərar imzaladı
Ağacan Abiyevin vəziyyəti pisləşdi -
Xəstəxanaya aparıldı
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir –
Bəs Arxitektura Komitəsi hara baxır?
Ərdoğandan xəbərdarlıq:
“Putin buna sərt cavab verə bilər”
Bakıda həbsxanada fırıldaq:
məhbus yoldaşının pullarını görün necə ələ keçirdi
Ukraynaya F-16 təyyarələri verildi
Binəqədi İH niyə məhkəməyə verildi?
Jurnalistlərin gəlirləri vergidən azad ediləcək
Vəzifəli şəxsin cinayət əməllərinin detalları
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək -
Bu ünvanlardan başlanacaq
Əmək pensiyaları bu tarixdən və bu qədər artacaq
Yaşa görə pensiya alanların sayı AÇIQLANDI
Paşinyan onu daxili işlər naziri təyin edir
Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi
Başçı oğlu yarım milyonluq maşınına yeni nömrə aldı –
FOTO
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? -
Polis araşdırır
Bəzi rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağıb -
FAKTİKİ HAVA
PRİZMA
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
MÜSAHİBƏ
1
2
3
4
5
6
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
TƏHLİL
Qarabağın qədim mədəniyyət mərkəzindən Qafqazın Xirosimasınadək
SOSİAL
1
2
3
4
5
6
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur