26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib.
Sozcu.info "Report"a istinadən xəbər verir ki, bu barədə agentlik məlumat verib.
Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb.
“Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.