26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Rusiyanın Ryazan şəhərində təyyarə qəzası baş verib.
Sozcu.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
TASS-a mənbənin verdiyi məlumata görə, təyyarə qəzaya uğradıqdan sonra yanğın baş verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, İl-76 nəqliyyat təyyarəsi düşüb. Artıq yanğın söndürülüb.
Təyyarənin göyərtəsində 10 nəfər olub. Mənbənin sözlərinə görə, 5 nəfər xəsarət alıb.
***
Ryazanda qəzaya uğrayan İl-76 təyyarəsində ölənlərin sayı ilkin məlumatlara görə 4 nəfərə çatıb.
Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“Təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. 4 nəfər ölüb, beşi xəstəxanaya yerləşdirilib”, - mənbə bildirib.