8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneulidə yaşayış binasında iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı başsağlığı verib.
“Report”un yerli bürosu xəbər verir ki, diplomatik nümayəndəlikdən hadisə barədə xəbərin kədər hissi doğurduğu bildirilib.
“Marneuli şəhərinin mərkəzində beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”.
Qeyd edək ki, ötən gün baş vermiş bədbəxt hadisə nəticəsində bir nəfər yerindəcə ölüb. Xəsarət alan hamilə qadın xəsətəxanaya çatdırılsa da, dünyasını dəyişib. Onun körpəsini xilas etmək mümkün olub. İkisi uşaq olmaqla xəsarət alan üç nəfərin klinikalarda müalicəsi davam etdirilir. Ölən və xəsarət alanların soydaşlarımız olduğu bildirilir.
Faktla bağlı tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.