Amerikalı hərbi rəsmi: İran ABŞ-ın regiondakı maraqlarına zərbə vurmağa hazırlaşır


ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin yeni komandanı deyib ki, ölkəsi bölgədə gərginliyin artması ilə eyni vaxtda İranın ABŞ və müttəfiqlərinin maraqlarına hücum etməyə hazırlaşdığını göstərən məlumatlara sahibdir.
Amerika Hərbi Hava Qüvvələrinin yeni komandiri general Aleksus Qrinkoviç İranın dron imkanlarının inkişafından narahatlığını ifadə edərək bildirib ki, İrana bağlı proksi qruplaşmaların da bölgədə anti-Amerika hücumlarına yenidən başlaması mümkündür.
Bu amerikalı hərbçi İranın pilotsuz təyyarələr təhlükəsini zərərsizləşdirmək və Yaxın Şərqdə tam hava üstünlüyünü bərpa etməyi rəhbərlik etdiyi komandanlığın bölgədəki əsas məqsədlərindən biri hesab edib.                                                      Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti