Tbilisidə aksiya: “Rusiya terrorçu dövlətdir”


Hurriyyet.az “Qruziya onlayn” portalına müraciətlə xəbər verir ki, iyulun 24-də Tbilisidə parlament binasının qarşısında Rusiyanın Ukraynaya qarşı müharibəsinin əleyhinə növbəti etiraz aksiyası keçirilib. “Rusiya – terrorçu dövlətdir” devizi ilə keçirilən mitinqə uşaq ayaqqabıları və plakatlar aparılıb. Ukraynalı və gürcü fəalların iştirak elədikləri aksiya müharibənin başlanmasının 5-ci ayının tamamlandığı gün keçirilir.

Aksiya təşkilatçıları deyiblər: “Dünya sivilizasiyası hər gün minlərlə dinc ukraynalının həlak olmasının, şəhərlərin və kəndlərin yandırılmasının, soyqırımının və insan həyatlarının sönməsinin şahidi olur. Artıq beş aydır ki, Rusiya məqsədyönlü və amansız şəkildə Ukraynanı məhv edir, terrora məruz qoyur, şəhərləri işğal edir, vətəndaşlara zülm edir, uşaqları öldürür”.

Aksiya iştirakçıları “Putin gələcəyi öldürür”, “Müharibəyə yox! Faşizmə yox!”, “Ukraynadan əllərini çək” yazılı plakatlar, Ukraynanın bombalanmış şəhərlərinin əksi olan şəkillər qaldırıblar.

Aksiya təşkilatçıları Rusiyanın Cenecrə Konvensiyanı pozduğunu bəyan ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti