8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum edilib. Bu barədə məlumatı Türkiyənin “Hürriyet” qəzeti verib.
Türkiyənin Xarici İşlər Nazirliyi Konsulluğa edilən hücumu qınayaraq müqəssirlərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edib. Nazirliyin açıqlamasında deyilir: “Mosul Baş Konsulluğumuza 27 iyul səhər saatlarında hücum edilib. İnsan itkisi olmayan bu hücumu qətiyyətlə pisləyir və müqəssirlərin dərhal ədalət qarşısında cavab verməsini gözləyirik. İraq rəhbərliyini diplomatları və konsulluq nümayəndələrini qorumaq vəzifələrini yerinə yetirməyə dəvət edirik.
Ölkəmizin haqsız şəkildə itiham edilərək hədəf göstərildiyi bu dövrdə İraq rəhbərliyinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində bu hücumun həyata keçirilməsi də qorxunc və düşündürücüdür
Bu müraciətlə İraqq rəhbərliyinə terrorla mübarizəyə cəlb olunmaları və öz ərazilərində qonşu ölkələrə və diplomatik nümayəndəliklərə təhdid yaradan terror təşkilatlarının mövcudluğuna son qoymaları çağırışımızı bir daha təkrar edirik”.