26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat partiyasını tərk edir.
Bu barədə eks-prezidentin vəkili Valeri Gelbaxiani deyib.
“Siyasətdən getməsinin səbəbi onun həyatını qorumaq və xilas etməkdir. Bunun əsasında bütün suallara son qoyulub. İndi söhbət onun həyatından gedir, siyasətdən yox. Ölüm-qalım məsələsidir”, – deyə Gelbaxiani bildirib.
Qeyd edək ki, hazırda Saakaşvili səhhəti pisləşdiyi üçün mayın 12-də köçürüldüyü “Vivamed” özəl klinikasında müalicəsini davam etdirir. Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş icraatdadır. \\KONKRET.az