İran Prezidenti CNN-ə müsahibə verməkdən imtina etdi – SƏBƏB / FOTO


İran Prezidenti İbrahim Rəisi Nyu Yorkda CNN-ə müsahibə verməkdən imtina edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə CNN-in tanınmış jurnalisti Kristian Amanpur Twitter-də yazıb.

O, bildirib ki, hicab taxmadığı üçün prezident müsahibədən imtina edib.

“Prezidentin köməkçisi dedi ki, hicab geyinməsəm, müsahibə olmayacaq. Beləliklə, müsahibə baş tutmadı. İranda etirazların davam etdiyi və insanların öldürüldüyü bir vaxtda prezident Rəisi ilə danışmaq vacib olardı” – deyə jurnalist bildirib.

KONKRET.az



Oxşar Xəbərlər

Xəbər lenti