26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Rusiyada səfərbərliyə çağırılan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa bazar ertəsi, sentyabrın 26-dan etibarən tətbiq edilə bilər.
Sozcu.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Sentyabrın 26-da səfərbərliyə çağırılanların xaricə səfərləri qadağan ediləcək. Hava limanında və sərhədçilərdə səfərbərliyə cəlb olunanların siyahısı olacaq", - deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl bir neçə Rusiya KİV-i prezident administrasiyasındakı mənbələrə istinadən hərbi xidmətə yararlı kişilərin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı.