8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid hərbçiləri yerləşdirib ki, onlar rusiyalı hərbçilərə “Shahed-136” dronlaından istifadə etməyi öyrətsinlər”.
Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırma İnstitutu(ISW) son hesabatında qeyd edib.
Hesabatda bildirilir ki, İran hərbi təlimatçılarının dəqiq sayı bilinməsə də, onların Krım yarımadasının Cankoy şəhərində və Xerson vilayətinin Qladovtsı və Jeleznıy Port yaşayış məntəqələrində yerləşdirildiyi məlumdur.
Məlumatda bildirilir ki, hazırda Odessa və Nikolayev şəhərlərinə dron hücumlarını birbaşa iranlı təlimatçılar həyata keçirir və onlar bu prosesə nəzarət etməklə yanaşı, rusiyalı hərbçiləri də təlimatlandırırlar. O da qeyd olunur ki, İran hərbi dronlarına nəzarət İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğu üçün Ukraynaya gətirilən iranlı hərbçilərin də məhz bu korpusa aid olduqları güman edilir.
Xatırladaq ki,Ukraynada İrana məxsus onlarla PUA məhv edilib. Həmin dronların İrana aid olduğu şübhə doğurmasa da, İran tərəfi hələ də Rusiyaya Ukraynaya qarşı savaşda istifadə etmək üçün PUA-lar satdığını inkar edir. Onu da qeyd edək ki, Tehranın işğalçı dövlətə bu açıq dəstəyinə görə rəsmi Kiyev İran səfrini ölkədən qovub.
Azpolitika.info