Bədənində zəhər aşkar edilən Saakaşvili siyasətdən gedir və hökuməti ittiham eləmir


Sozcu.info  “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstanın siyasi həyatını tərk edəcək. Onun bu niyyəti barəsində açıqlamanı anası Qiuli Alasaniya verib. Saakaşvilinin anası oğlunun Gürcüstan rəhbərliyini onu zəhərləməkdə ittiham eləmədiyini də söyləyib.

Bir neçə gün bundan əvvəl Saakaşvilinin vəkili Şalva Xaçapuridze Gürcüstanın keçmiş liderinin bədənində arsen tapıldığını, həmçinin civə, barium və talliumun miqdarının artdığını xəbər vermişdi.



Oxşar Xəbərlər

Xəbər lenti