8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, İngiltərədə dərc edilən “Finanşl Tayms” (Financial Times) qəzeti Ukrayna Prezidenti Vladimir Zelenskini ilin adamı seçib.
Qəzet yazır: “Fevral işğalına qədər əvvəl bir çox ukraynalı tərəfindən yüksək vəzifəyə qalxmağa çalışan həvəskar kimi qəbul edilən 44 yaşlı Zelenski qeyri-adi liderlik və mətanət nümayişi ilə tarixdə özünə yer tapdı...
Zelenski həm də Ukrayna xalqının Rusiya təcavüzünə qarşı mübarizədə cəsarət və dözümlülüyünün təcəssümü oldu.
Məhz bu səbəblərə görə “Financial Times” Zelenskini ilin adamı seçib”.
Gündəlik müraciətlər edən Ukrayna Prezidenti II Dünya Müharibəsi dövründə Britaniyanın Baş naziri olan Vinston Çörçill ilə müqayisə edilir.
“Finanşl Tayms” nəşri Zelenskini müharibə dövründə bütün ölkəni öz ətrafında birləşdirmək üçün hər gün radio ilə çıxış edən Çörçillə bənzədib.