Kaladze: “Saakaşvilini azad etməyəcəyik. Aİ-nin statusunu istəmirik”


Sozcu.info xəbər verir ki, Tbilisinin meri, “Gürcü arzusu” hakim partiyasının Baş katibi Kaxa Kaladze Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüyə namizədlik statusunu almaq üçün hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilini azad eləməyəcəyini bildirib.

Kaladze deyib: “Əgər konkret cinayət işinə görə status verilməsi sual altına düşürsə, bəs onda 12 maddədən ibarət planı təqdim eləmək nəyə lazım idi və ümumiyyətlə, bu planı yerinə yetirmək nə üçündür? Əgər münasibət məhz bu cür olacaqsa, onda heç nə verməyən statusu özlərinə saxlasınlar”.  






Oxşar Xəbərlər

Xəbər lenti