8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hurriyyet.az xəbər verir ki, İraqın Baş naziri Məhəmməd əs Sudani ölkədə Amerika hərbi qüvvələrinin varlığının saxlanılmasının lehinə çıxış edib. O, bunun səbəbi olaraq Amerika hərbçilərinin İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının məhv edilməsinə kömək etməsi olduğunu bildirib.
Sudani “Voll Strik Cornel” (“The Wall Street Journal”) nəşrinə müsahibəsində deyib: “Xarici qüvvələrə ehtiyacımız olduğunu hesab edirik. İŞİD-in məhv edilməsi üçün hələ bir az da vaxt aparacaq”. Baş nazirin sözlərinə görə, İraqın ölkə daxilində xarici hərbi qüvvələrə ehtiyacı yoxdur.
Hökumət başçısı ABŞ-la İraq arasında, ABŞ-la Səudiyyə Ərəbistanı və digər İran körfəzi ölkələri arasında mövcud olan münasibətlər kimi münasibətlər qurulmasında maraqlı olduqlarını bildirib. Sudani deyib: “Hesab edirəm ki, İraqın eyni zamanda həm İranla, həm də ABŞ-la yaxşı münasibətlər qurması mümkünsüz deyil”.