Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək


Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinin deputatı Giya Volski Ukrayna hakimiyyətinin Tbilisidən silah tədarükü tələb eləməməli olduğunu və ölkəsinin Kiyevə bu sahədə yardım edə bilməyəcəyini bildirib.

Volski deyib: “Ukraynanın dəstəklənməsi bizim milli maraqlarımıza daxildir, bizim siyasi mövqeyimiz möhkəm və dəyişməzdir. Humanitar yardım mühümdür. Lakin hərbi təyinatlı məhsullar və digər predmetlər yox... Gürcüstan Ukraynaya silah və ya hərbi təyinatlı məhsullar tədarük edə bilməz, çünki bu, münaqişəyə qoşulmaq demək olardı”.



Oxşar Xəbərlər

Xəbər lenti