8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Mixail Saakaşvili çox ağır vəziyyətdədir və xəstəlik onu tamamilə əldən salıb”.
Sozcu.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya deyib.
“O, skeletə çevrilib. Oğlum ayağa qalxdıqda onurğasının tamamilə əyildiyini görmək mümkündür. O, 100 yaşlı qoca kimi güclə hərəkət edir. Qidaya gəldikdə, o yemək yeyir, lakin belə görünür, orqanizmi qidanı qəbul etmir”, - deyə Alasaniya bildirib. Saakaşvili özü isə daha əvvəlki açıqlamasında 20-dən çox xəstəlikdən əziyyət çəkdiyini və ölmək üzrə olduğunu deyib.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
M. Saakaşvili ötən il fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. (qafqazinfo)