KİV: Vahid Əhmədova töhmət verildi - Yenilənib


Deputat Vahid Əhmədova töhmət verilib.
Sozcu.info xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.
Sozcu.info APA-ya istinadla xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət olunub.
Qeyd edək ki, aprelin 16-də bloger Mehman Hüseynov deputat Vahid Əhmədovla müsahibəsini təqdim edib. Ölkədəki sosial problemlər başda olmaqla bir çox mövzulardan danışılan müsahibə aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirələrə səbəb olub. İclasda deputatlardan bəziləri Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər. Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılmasını tapşırıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}