Dünən, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
İran Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyətini bərpa edib.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.
Məlumata görə, İran hələ Səudiyyə Ərəbistanına səfir təyin etmədiyindən Tehran Ər-Riyadda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin də mayın 9-na qədər öz işini bərpa edəcəyi gözlənilir.
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Buna səbəb isə, tanınmış şiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam edilməsindən sonra keçirilən etiraz aksiyası zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum etməsi olub.
2023-cü ilin martın 10-u isə Pekində baş tutan danışıqların yekununda İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı iki ölkə nümayəndələri arasında razılaşma imzalandığı məlum olub. Tərəflər 2 ay ərzində səfirlik və nümayəndəliyin açılması ilə bağlı razılığa gəlib. (qafqazinfo)