Çin yaxınlaşan fəlakət barədə xəbərdarlıq etdi: dözülməz olacaq


Çin və ABŞ arasındakı münaqişə bütün dünya üçün “dözülməz bir fəlakət” olacaq.

Sozcu.info xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanqfu təhlükəsizlik sammitində çıxışı zamanı bildirib.

"Pekin hazırda Vaşinqtonla dialoq yolunu seçib",- o deyib.

Çin Xalq Respublikasının nümayəndəsi qeyd edib ki, Çin və ABŞ arasında ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakət olacağını inkar etmək olmaz .

"Hər iki ölkə bir çox cəhətdən bir-birindən fərqlənir, lakin Pekin Vaşinqtonla qarşıdurmaya deyil, dialoqa üstünlük verir. Hesab edirəm ki, ikitərəfli əlaqələri inkişaf etdirmək və əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəf ümumi zəmin və maraqlar axtarmalıdır. Dünya Çin və ABŞ-ın birlikdə inkişaf etməsi üçün kifayət qədər böyükdür",- deyə nazir yekunlaşdırıb.

publika.az



Oxşar Xəbərlər

Xəbər lenti