“UKRAYNA 4 İSTİQAMƏTDƏ HÜCUM EDİR” - Putinin iclas keçirdiyi qərargah raketlə vurulub + VİDEO


“Ukrayna Silahlı Qüvvələri 4 istiqamətdə əks-hücum həyata keçirir”.

Sozcu.info xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, hələlik məhdud xarakter daşıyan və əsasən kəşfiyyat döyüşləri səviyyəsində aparılan əməliyyatların yalnız bir istiqamətində Rusiya qüvvələri hücumun qarşısını ala biliblər. Söhbət Luqansk vilayətinin Kremennaya rayonu istiqamətindən gedir ki, orada da Rusiya ordusu daha əlverişli coğrafi mövqedə yer tutublar. Digər 3 istiqamətdə isə Ukrayna Silahlı Qüvvələrinin nəzərəçarpacaq uğurları var.

Hesabatda Ukrayna rəsmilərinə istinadla qeyd olunur ki, iyunun 8-də Ukrayna ordusu Baxmut ətrafında azı 1.2 kilometr irəliləyib.

İyunun 9-da da bu əməliyyatlar davam etdirilib və Donetsk vilayətinin qərbində Ukrayna ordusu taktiki uğurlar əldə edib.

ABŞ institutunun mütəxəssisləri bildiriblər ki, 8 iyundan 9 iyuna keçən gecə və həmin gün ərzində Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində uğurlu əməliyyatlar həyata keçirərək, əhəmiyyətli dərəcədə irəliləyə biliblər. Söhbət Melitopol-Tokmak istiqamətindən gedir. Yeri gəlmişkən, sosial şəbəkələrdə Ukrayna kəşfiyyat qrupunun Tokmak ərazisində rus hərbçilərini əsir götürdüyünə dair görüntülər yayılıb.

Bu arada məlum olub ki, Ukrayna “Storm Shadow” raketləri ilə Xerson vilayətinin Qeniçensk rayonunda yerləşən “Rosqvardiya”nın “Dnepr” qərargahını darmadağın edib. Qərargah cəbhə xəttindən 130 kilometr məsafədə yerləşirdi. Binaya iki raket düşdüyü və həmin vaxt orada xeyli sayda Rusiya hərbçisinin olduğu bildirilir.

Xəbəri işğlaçı administrasiyanın “rəhbəri” Vladimir Saldo da təsdiqləyib. Bu hadisə həm də onunla əlamətdardır ki, sözügedən binada aprel ayında Vladimir Putin hərbçilərlə müşavirə keçirmişdi.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}