Rəisi Qriqoryanla “sərhəd toxunulmazlığından” danışdı


İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Prezident İbrahim Rəisi ilə görüşüb.

Sozcu.info xəbər verir ki, bu barədə Qriqoryan sosial şəbəkə hesabında yazıb.

“Görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və vurğulanıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməli, münaqişələr dialoq yolu ilə həll edilməlidir.

Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunaraq, bu əlaqələrin çoxsahəli inkişafının davamlılığı təsdiqlənib”, - məlumatda bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti