Gürcüstanda “BEEZ” Uşaq Teatrında A. Şaiqin “Çoban” pyesi əsasında hazırlanmış tamaşanın premyerası baş tutub


Sozcu.info “RealNews.ge”  portalına istinadla xəbər verir ki, Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Çoban” pyesi əsasında hazırlanmış tamaşanın premyerası baş tutub.

Teatrın kiçik aktyor və aktrisaları Nuri Qurbanov, Zehra Akif, Seymur Muradov, Əzəm Əfəndiyeva və Məryəm Əliyeva öz rollarını məharətlə ifa ediblər.

Tamaşanı müəllimlər, valideynlər və sənət adamları izləyiblər.

Qeyd edək ki, “Çoban” tamaşası noyabrın 26-sı Tbilisidə, Mirzə Fətəli Axundovun ev muzeyində də nümayiş etdiriləcək.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}