"Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda rusiyapərəstlərin fəallaşması hiss olunur" - XAQANİ CƏFƏRLİ


"Belə görünür ki, Rusiya bütün casus şəbəkəsini ayağa qaldıraraq postsovet ölkələrində təsir imkanlarını qorumağa çalışır"

"Gürcüstan prezidenti Salome Zurabişvili rusiyapərəst davakar qüvvələrin güclənməsi haqqında açıqlama ilə çıxış edib. Ərazisinin 20 faizi Rusiyanın işğalı altında olan bir ölkədə rusiyapərəst qüvvələrin güclənməsinin yolverilməz hal olduğunu qeyd edən prezident Salome Zurabişvili buna görə məsuliyyətin hökumətin üzərinə düşdüyünü bildirib: "Bu cür qrupların Gürcüstanın Avropaya inteqrasiya prespektivinə zədə vurmasının qarşısını almaq hökumətin birbaşa vəzifəsidir". Rusiyapərəstlər indi də pravoslav və milli-mənəvi dəyərlər altında gizlənərək Avroatlantik məkana intiqrasiyanın əleyhinə çıxış edirlər". Sozcu.info  xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. 

Politoloq qeyd edib ki, son zamanlar əksər postsovet respublikalarında rusiyapərəst qüvvələrin güclənməsi haqqında məlumatlar yayılır: "Bir müddət öncə rusiyapərəstlər Moldovada və Ermənistanda aksiya keçirərək iqtidarların istefasını tələb edirdilər. Gürcüstan, Ermənistan, Moldova ilə yanaşı, Azərbaycanda da rusiyapərəstlərin fəallaşması hiss olunur. Belə görünür ki, Rusiya bütün casus şəbəkəsini ayağa qaldıraraq postsovet ölkələrində təsir imkanlarını qorumağa çalışır. İki əsrdən artıq bir dövrdə Azərbaycan xalqına qarşı çoxsaylı qətliam və soyqırımı həyata keçirmiş bir dövlətin mənafelərinə xidmət etmək xalq və vətən qarşısında ən böyük cinayətdir".

Xaqani Cəfərlinin sözlərinə görə, Gürcüstanda əksəriyyət hesab edir ki, rusiyapərəst qüvvələrin fəaliyyəti qadağan olunmalıdır: "Prezident Salome Zurabişvili son addım hesab etdiyi bu təklifin güclü hüquqi arqumentlərlə dəstəkləməsinə çağırıb".


Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}