Yaponiyada zəlzələdə ölənlərin sayı 92-yə çatdı


Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 92 nəfərə çatıb.

Sozcu.info xəbər verir ki, 250-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İsikava prefekturasının sakinləridir.

Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir. Qeyd olunub ki, 179 nəfəri həyatı barədə məlumat yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}