Texasın ABŞ-dan ayrılması hərəkatının tərəfdarları artır

Sozcu.info xəbər verir ki, seçkilərdəki namizədlər arasında Texas ştatının Amerika Birləşmiş Ştatlarının tərkibindən çıxmağını istəyənlərin sayı çoxdur. Bu barədə yerli "Dallas Morning News" nəşri məlumat verib.
Məqalə müəllifləri ABŞ-da "super çərşənbə axşamı"nın gəlişindən narahatlıqlarını bildiriblər - həmin tarixdə bir sıra ştatlarda növbəti prezident seçkilərinə nümayəndələrin kimliyi müəyyənləşəcək.
Qəzet yazır: "Texasın hamıya bəlli olan müstəqillik istəyi məsələsində bəziləri həddən artıq uzağa gedirlər. "Super çərşənbə axşamı" yaxınlaşmaqdadır. Texasdakı respublikaçı seçicilər ehtiyatlı olmalıdırlar. "Texası geri götürəcəyik" öhdəliyini imzalamış namizərdlərin sayı narahatlıq doğurur".
Məqalədə qeyd edilir ki, həmin öhdəlikdə namizədin seçki vəzifəsi dedikdə Texasın maraqlarını ümumi Amerika maraqlarından üstün tutmaq, ştatın ölkədən ayrılması üçün referendum keçirilməsi üçün çalışmaq nəzərdə tutulur. Hazırda öhdəliyi 150 nəfərdən artıq şəxs, o cümlədə Respublikaçılar partiyasının Şimali Texasdakı namizədləri də imzalayıb. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}