8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
"Qazprom" 2024-cü ildə regionların qazlaşdırılması və əlavə qazlaşdırılmaya 270,3 milyard rubl sərmayə qoyacaq.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilir ki, bu rəqəmlər 2023-cü illə müqayisədə 33,5 milyard və ya 14,1% çoxdur və bu sahəyə rekord illik sərmayədir.
Bu vəsait hesabına "Qazprom" 700-ə yaxın yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır - bu, bir il əvvəlkindən 1,7 dəfə çoxdur. 2024-cü il yanvarın 1-nə Rusiyada qazlaşdırmanın səviyyəsi 73,8% təşkil edib.
“Qazprom”un məlumatına görə, bu, ölkədə texniki cəhətdən mümkün olan şəbəkənin qazlaşdırılmasının 89%-nə uyğundur. \\Musavat.com