Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.
Parlament binasını gücləndirilmiş iş rejimində çalışan polis mühafizə edir.
Xəbər verdiyimiz kimi, aprelin 15-də qanun layihəsinin müzakirəyə çıxarıldığı zaman müxalifət təmsilçisi iqtidarı təmsil edən deputata hücum edib və nəticədə kütləvi dava baş verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}