23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Rusiya Prezidenti Vladimir Putin hava zərbəsi ilə məhv ediləcəyindən ciddi şəkildə qorxur.
Sozcu.info xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.
Analitikin fikrincə, İranın bir sıra yüksək rütbəli generalları və HƏMAS hərəkatının lideri öldürüldükdən sonra Putində fobiya yaranıb:
"Xüsusilə nəzərə alsaq ki, Ukrayna PUA-ları nəzəri olaraq Rusiya liderinin çıxış edəcəyi yerə (Hərbi Dəniz Günü Krımda keçirilməli idi - red.) yaxşı uça bilir".
Ukraynanın təhlükəsizlik üzrə eksperti, Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Vasili Boqdan isə qeyd edib ki, Putinin Rusiyada qurduğu rejim təhdidlərə cavab sisteminə ciddi yanaşmağa məcbur edir:
"Bu, xüsusilə Hərbi Dəniz Gününü qeydetmə mərasiminin Krımdan Sankt-Peterburqa köçürülməsi ilə bağlıdır".
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Valeri Kondratyukun fikrincə, yarımadaya raketlərin müntəzəm olaraq daxil olması prezidentin təhlükəsizliyini təmin etmir./Axar.az/