Kanadadan "Gürcü arzusu" hökumətinə qınaq xəbərdarlığı gəldi


Kanada keçirilən parlament seçkilərinin gedişi və nəticələrinə görə Gürcüstanla münasibətlərə yenidən baxacaq. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Böyük yeddilik və Avropadan olan tərəfdaşlarımızla koordinasiyada bu seçkilərin gedişi və nəticələrini nəzərə alaraq, Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq”, bəyanatda deyilir.

“Novosti-Georgia” agentliyi xəbər verir ki, Gürcüstan hakimiyyəti demokratiyaya, insan haqlarına, qanunun aliliyinə hörmətlə yanaşsa və “demokratiyadan bu yaxınlarda geri çəkilmə problemini həll edərsə” Ottava əməkdaşlığa hazırdır.

Kanada beynəlxalq müşahidəçilər tərəfindən bildirilən seçicilərin təhdid edilməsi, rüşvətxorluq və digər qanun pozuntularının “geniş yayılmış” hallarından narahatdır.

Ottava deyir ki, bu faktları araşdırmaq və “hərəkət etmək” lazımdır.

“Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar zamanı insanların hüquqlarına və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, deyə bəyanatda qeyd olunub.



Oxşar Xəbərlər

Xəbər lenti