5-06-2025, 14:14
23-05-2025, 18:15
17-05-2025, 18:52
7-05-2025, 17:45
28-04-2025, 21:13
Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz.
“Reoport”un “RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib.
Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır:
“Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”.
Qeyd edək ki, Kiyev 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edib, lakin bu baş verməyib.