Rus səfiri Ermənistan-Türkiyə sərhədinə baş çəkib

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Azərbaycan və Türkiyə ilə həmsərhəd bölgəsinə səfər edib.
Sozcu.info xəbər verir ki, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.
Məlumatda qeyd olub ki, diplomat və ailəsi Ararat bölgəsinə səfər edib.
Səfər zamanı səfir Kopırkin Ermənistan sərhədinin müəyyən hissələrinə də baş çəkib.
O, Yerasx kəndində Rusiya FSB-nin Ermənistandakı Sərhəd İdarəsinin Ararat sərhəd dəstəsinin rus və erməni sərhədçiləri ilə görüşüb.
Yerasx kəndi Azərbaycanın Heydərabad (Sədərək rayonu) və Türkiyə ilə sərhəddə yerləşir.
 




Oxşar Xəbərlər

Xəbər lenti