Rusiya səfiri erməni müdafiə naziri ilə görüşdü

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.
Sozcu.info"Armenian News"a istinadla xəbər verir ki, Rusiya səfiri yeni naziri yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
"Görüş zamanı qarşılıqlı maraq doğuran aktual məsələlər də daxil olmaqla, ikitərəfli hərbi və hərbi-siyasi əməkdaşlığın geniş spektri müzakirə olunub və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Rusiya müttəfiqlərinin qarşılıqlı əlaqəsi və siyasi dialoq prosesini, müdafiə sahəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər", - deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti