İranın yeni XİN rəhbəri ola biləcək şəxs: “Qonşu ölkələrlə...“

"Qonşu ölkələrlə qarşılıqlı əlaqələrin gücləndirilməsi yeni xarici işlər nazirinin əsas planlarına daxildir".
Sozcu.IRNA-ya istinadla xəbər verir ki, söhbət İran prezidenti İbrahim Rəisinin xarici işlər naziri vəzifəsinə təklif etdiyi Hüseyn Əmir Abdullahiandan gedir.
Hazırda İslam Respublikasının parlamentində siyahı üzrə yeni administrasiya üzvlərinin komissiya və komitələrdə müzakirəsi və sonrakı təsdiqlənməsi prosesi gedir.
Bugünkü iclasda parlamentin komitə sədrinin müavini Cavad Hüseynikiya bildirib: "Hüseyn Əmir Abdullahianın əsas planlarına qonşu ölkələrlə qarşılıqlı əlaqələri genişləndirmək, nüvə sazişini işlək hala gətirmək və ölkələrin tələblərinə uyğun olaraq səfirləri seçməkdir".
O əlavə edib: "Təklif olunan xarici işlər naziri parlamentə hərtərəfli bir plan təqdim edib. Əmir Abdulhianın fikrincə, qonşu İslam ölkələri arasında viza rejimi ləğv edilməlidir. Yeni XİN rəhbəri sərhəd əyalətlərinə xüsusi diqqət yetirilməsini də düşünür".


Oxşar Xəbərlər

Xəbər lenti