“Azərbaycan İran üçün tranzit dəhlizi ola bilər“ - Mehdi Babayi

"Azərbaycan Respublikası İranın MDB ölkələri bazarına çıxışı üçün dəhliz ola bilər".
Sozcu.info ISNA-ya istinadal xəbər verir ki, bunu İran İslam Respublikasının Bakıdakı ticarət müşaviri Mehdi Babayi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf modelini Avropa ölkələri və Türkiyə modelinə əsaslanır: "Bu ölkə, regional tranzit mərkəzi olmağa çalışır".
Mehdi Babayi əlavə edib: "İrandan Azərbaycan Respublikasına 1300 adda mal ixrac olunur və bu bazarda İran üçün geniş yerlər var. Üstəlik bu ölkə İranın MDB ölkələri bazarına çıxması üçün bir dəhliz ola bilər".
Ticarət müşaviri qeyd edib ki, hazırda Azərbaycan bazarında qonşu ölkələrdən yalnız Rusiya (17%) və Türkiyə (12%) üstünlüyə malikdir. Azərbaycan bazarında İranın payı cəmi 3 faizdir, lakin ticarət dövriyyəsi 1,5 milyard dollara yüksəldilə bilər.


Oxşar Xəbərlər

Xəbər lenti