Taliblər BMT ilə münasibət qurduqlarını xəbər verirlər

BMT nümayəndə heyəti «Taliban» siyasi ofisinin nümayəndələri ilə Kabildə görüş zamanı əfqan xalqına humanitar yardım göstərməyi vəd edib.
Bu barədə hərəkatın nümayəndəsi Süheyl Şahin bəyan edib.
Sentyabrın 5-də taliblərin digər nümayəndəsi Mühəmməd Naim xəbər verib ki, Kabildə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə kömək koordinatoru Martin Qriffits və molla Əbdül Qəni Bəradər görüşüblər.
«BMT nümayəndə heyəti əfqan xalqına humanitar yardımı davam etdirməyi vəd edib və Əfqanıstana gələcəkdə də kömək göstərməyi donor ölkələrilə gələcək görüşlərə qədər davam etdirməyə çağırıb. İslam əmirliyi nümayəndə heyəti BMT-yə təşəkkür edib və bildirib ki, əməkdaşlıq və lazımi rahatlıq yaratmaq üçün hazırdır» - Şahin Tvitterdə yazıb.
Hazırda Əfqanıstanın bütün yerüstü sərhəd keçidləri taliblərin nəzarəti altındadır. Yegənə nəzarətdən kənar əyalət kimi Pəncşirin dağlıq ərazisi (Kabilin şimal-şərqi) qalmaqdadır. Hazırda orada yerli müqavimət dəstələri (Əhməd Məsudun rəhəliyi altında) ilə döyüşlər gedir.


Oxşar Xəbərlər

Xəbər lenti