YAP-da bu gün nə baş verəcək?

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçiriləcək.
Sozcu.info xəbər verir ki, iclasın gündəliyində bir sıra məsələlər müzakirə ediləcək. İclasda  videosu ilə gündəmə gələn  partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsinə baxılacaq. 
Həmçinin YAP-da və Milli Məclisdə vəzifə tutan təşkilat sədrləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq.  Belə ki, partiyanın yeni nizamnaməsinə əsasən rayon təşkilat sədrlərinin ikinci vəzifəsi olmamalıdır. Artıq YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev partiya sədrliyindən gedəcəyi barədə məlumat yayıb. Digər rayon təşkilat sədrləri olan Cavid Osmanovun, Məlahət İbrahimqızının, Aydın Hüseynovun  da sözügedən vəzifədən uzaqlaşdırılacağı gözlənilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}