Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Türk kapitalı Ermənistana gəlir - Paşinyan qapıları ya açacaq, ya da... açacaq!
Erməni xəstəliyi” - ermənilərin narkotik asılılığı kimi; nə Rusiya, nə də uzaq Avropa və Amerika Ermənistanı xilas edəcək; Avropa Birliyinin 2.6 milyard avrosu isə...
Ermənistan özünü müharibənin məğlub olmuş tərəfi kimi aparmamaqla ən böyük pisliyi özünə edir. Ona görə ki, bir ilə yaxındır ki, zaman onun yox, qonşu Azərbaycanın, Türkiyənin xeyrinə işləyir. Amma ermənilər ağıllı millət olsaydı, “hər şər işdə bir xeyir başlanğıcı var” məntiqi üzrə hərəkət edərək, böyük quruculuq üçün sıfırdan başlamağa cəhd edərdilər. Bir növ, məğlub Almaniya kimi.
Bunu isə görmürük. Əksinə, ənənəvi davakar, barışmaz ritorika, haqq edilməyən, başdan yekə iddialarla yaşamaq bu gün də erməni cəmiyyətinə, onun siyasi xadimlərinə və KİV-lərinə xas olaraq qalır - kiçik istisnalarla. Altını isə yenə bütövlükdə erməni xalqı çəkir və çəkəcək.
*****
Misal üçün, az öncə məlumat yayıldı ki, 2021-ci ildə Ermənistanı 110 min adam tərk edib. Xüsusən də Zəngəzur (Sünik) bölgəsinin sürətlə boşaldığı deyilir. Əlbəttə ki, proses ölkə üzrə artan miqyasda gedəcək. Hələ bu rəqəm pandemiyaya görə sərhədlərin tam açılmadığı dövrə təsadüf edir. Aydındır ki, gediş-gəliş bütünlüklə bərpa olandan sonra Ermənistandan kütləvi köç daha da sürətlənəcək.
Emiqrasiya prosesini durdurmağın etibarlı yolu isə bəlli: erməni əhalini torpağa bağlamaq, bundan ötrü də ilk növbədə ona normal iş yeri yaratmaq, subsidiya vermək, ara-sıra verilən dilənçi payları, ianə yox. Bunun üçün isə Ermənistan, nəhayət, “izqoy ölkə” statusundan qurtularaq qonşu ölkələr, xüsusən də Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələri tam həcmdə bərpa eləməli, Azərbaycan və Türkiyə sərmayələri üçün açıq ölkə olmalıdır. Bu da öz növbəsində iki qonşusuna qarşı əsassız ərazi iddialarından təcili imtinanı tələb edir.
Əfsus ki, biz hələ də İrəvandan heyrətamiz dirəniş müşahidə edirik. Ermənistanı xilas edəcək Türk kapitalının gəlişini təmin eləmək əvəzinə, erməni toplumunda Türkə nifrətin körüklədiyini görürük. Bunun adı “oturduğun budağı kəsməkdir”. Çünki dəfələrlə yazdığımız kimi, nə həmsərhəd olmayan Rusiya, nə də uzaq Avropa və ya ABŞ Ermənistanı iqtisadi böhrandan çıxaracaq. Avropa Birliyinin vəd elədiyi 2.6 milyard avro da qum təpəsinə tökülən su kimi yox olub gedəcək. Ta ki, Ermənistan daşı ətəyindən töküb Türkiyə və Azərbaycanla hərtərəfli əməkdaşlığa başlayanadək. Görəsən, daha neçə on il keçməlidir ki, Ermənistanın siyasi elitası bu sadə həqiqəti dərk eləsin?..
*****
İnsafən baş nazir Nikol Paşinyan ölkənin xilası yönündə nəsə eləmək istəyir. Ancaq vaxtaşırı radikal-revanşist (oxu: ağılsız) müxalif qüvvələrə və daşnak xislətli erməni lobbisinə tərəf boylanmaqla. Yəni ürkə-ürkə. Əslində anlaşılandır, ona görə ki, Türkiyə və Azərbaycanla kardinal şəkildə əlaqələr qurmaq, sülh müqaviləsi imzalamaq ona fiziki anlamda baha başa gələ bilər.
Lakin Ermənistanın başqa xilas yolu qalmayıb. Demək, kimsə “qurbanlıq” olmalıdır. Nə yazıq ki, erməni toplumu bir əsrdən çoxdur özünün yaratdığı miflərin və Türkə nifrətin əməlli-başlı girovuna çevrilib. Ondan imtina əlbəttə ki, asan olmayacaq. Təxminən narkomanın narkotikdən imtina eləməsi kimi əzablı olacaq. Əsas odur ki, erməni xalqı, onun önündə gedənlər özləri bu mərəzdən, “narkotik” asılılığından qurtulmaq, yəni sağalmaq istəsin. İstəyəcəklərmi?
Belə görünür ki, tezliklə yox. Hər halda, hakimiyyətdən qovulmuş “Qarabağ klanı”nın timsalında radikal-revanşist çevrələr, onun liderləri - Xocalı hərbi caniləri Serjik Sərkisyan və Robert Köçəryan suyu bulandırmağa, Nikol Paşinyanın böyük sülh yolunda kövrək addımlarını əngəlləməyə davam edirlər. Guya qonşu ölkələrlə anlaşmaq istəyən Paşinyan milli xəyanət yolu, “Qarabağı unutdurmaq” yolu tutub. Halbuki Ermənistan əhalisinin rifahı ən əvvəl elə Qarabağı unutmağa bağlıdır. Özü də həmişəlik...
*****
“Məsələnin mahiyyətindən danışarkən qeyd etməliyəm ki, Qarabağın gələcəyi, Şuşa, Hadrut, Qarabağın statusu ilə bağlı məsələlər müzakirə olunmur. Bu gün Ermənistan hakimiyyəti danışıqlar masasında deyil. Belə davam edərsə, heç bir şeyimiz qalmayacaq. Hər gün bizim üçün itirilmiş sayılacaq”.
Bu sözləri srağagün yerli mediaya açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Köçəryanın iddia edib ki, Paşinyan hakimiyyəti bu və ya digər şəkildə Qarabağla bağlı məsələyə toxunmağa belə cəhd göstərmir. “Bir müddət sonra xalqımız Qarabağın Rusiya-Azərbaycan danışıqlarının mövzusu olduğunu və Ermənistanın buna yalnız uzaq və ya dolayı dəxli olduğunu düşünməyə başlayacaq” - Xocalı canisi vurğulayıb və əlavə edib: “Hər gün özümə sual verirəm ki, Bakı Rusiya sülhməramlı missiyasının mandatını uzatmağa razı olmasa, nə olacaq? Maraqlıdır, mövcud hakimiyyət bu sualı özünə verirmi?”
Nə olacaq? Deyək: Qarabağda qalan erməni əhali ya Azərbaycan Konstitusiyasını tanıyıb ağ günə çıxacaq, ya da Laçın dəhlizi ilə rədd olub xaricə - daşnak qardaşlarının yanına köç edəcək.
Ermənistandakı radikal müxalifətin əsas “dərdi” bax, budur: Qarabağı bəhanə edib hakimiyyəti təzədən ələ keçirmək. Artıq Köçəryan və tərəfdarları Paşinyanı devirmək üçün növbəti küçə yürüşlərinin anonsunu da veriblər. Can verən Ermənistanı ayaq üstə qoymağın yeganə yoluna çıxmağa yardımçı olmaq, qan-tər içində buna kömək eləmək, ümumən faydalı işlə məşğul olmaq əvəzinə...
*****
“Yoldaş ermənilər, bəs siz nə vaxt işləyəcəksiz? Köçəryan Paşinyan hakimiyyətini laxlatmaq istəyir. Ölkədə yenə hakimiyyəti dəyişmək üçün müxalifətinin genişmiqyaslı küçə mitinqləri elan edilib. Beləcə işləmək istəmir ermənilər. Yenə də səs-küy salacaqlar. Rusiya isə onları yemləməli, onlara güzəştli qaz verməli və təhlükəsizliyi təmin etməlidir”.
“Yeni Müsavat” xəbər verir ki, belə bir ironik və haqlı statusu rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz teleqram kanalında yazıb.
“Ermənistanın çökməsi, müharibədəki məğlubiyyəti, kapitulyasiyası son 30 illik dövlət siyasətinin nəticəsidir”.
Bunu isə Axar.az-a açıqlamasında Rusiyanın ən nüfuzlu maliyyə analitiklərinin Top-10-a daxil olan ekspert Aleksandr Razuvayev bildirib.
Analitik üzünü erməni toplumuna tutaraq deyib:
“Bir düşünün, 30 il ərzində İsrail güclü iqtisadiyyat və güclü ordu yarada bildi. Moderniləşdirilmiş iqtisadiyyatı, həyat şəraiti və əlbəttə ki, güclü silahlı qüvvələrini tamamilə yenidən yaradan Azərbaycana baxın. Bu, əlbəttə ki, ilk növbədə, Heydər Əliyevin və onun yolunu davam etdirən İlham Əliyevin xidmətidir. Bu illər ərzində Ermənistan miqyaslı korrupsiyadan başqa heç nə yaratmayıb, üstəlik, sırf turizm və əmək miqrantları üzərində dayanan iqtisadiyyat modeli qurub. Təbii ki, bu, çox qeyri-sabit iqtisadiyyatdır. Aydındır ki, pandemiya bu iqtisadiyyatı kart evi kimi məhv etdi. Amma yada salsaq görərik ki, məhz Köçəryan və Sərkisyan bu model iqtisadiyyatla fəxr edirdi”.
Odur ki, Razuvayevə görə, bu işdə hazırkı hakimiyyəti günahlandırmaq, sadəcə, gülüncdür. “Bu iqtisadiyyat, ordu onilliklər ərzində qurulub. Məhz ”yenilməz ordu", “güclü iqtisadiyyat” terminləri illərdir Köçəryan və Sərkisyanın vizit kartı olub. Ermənistan iqtisadiyyatının və ordusunun dağılmasında ilk növbədə bu ölkənin bütün əvvəlki rəhbərləri, nazirləri, yüksək rütbəli məmurları günahkardır. Uduzmağı bacarmağa da kişilik lazımdır. Azərbaycanda güclü lider var. Cənab Əliyevin dünyada, xüsusən MDB-də, o cümlədən Rusiyada böyük avtoriteti var. Ermənistanın belə lideri heç vaxt olmayıb".
Məsələ də bundadır: ermənilərin onları rifah və inkişafa qovuşduracaq ağıllı liderləri yoxdur. Paşinyan buna cəhd edir. Alınacaqmı? Hər halda, erməni xalqının xoşbəxtliyinin olduğu ünvan məlum...
Oxşar Xəbərlər
“Qarabağdan həyəcanverici xəbərlər gəlir”- Politoloqdan önəmli açıqlama
Ermənilərin mənasız dirənişi -
Tankı qoyub, unitazı aparan erməni...
Bakının “dəyənək və kökə” taktikası
Xəbər lenti
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI