“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Əvvəlki
Sonrakı
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Bu gün, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Putindən Ermənistana “soyuq duş” effektli “Valday” dərsi
Rusiya lideri erməni revanşistlərin delimitasiya və demarkasiyaya qarşı çıxışlarına nöqtə qoyacaq mövqe sərgilədi; deputat: “Azərbaycan güzəştə getməyəcək...”
“Valday” Beynəlxalq Diskussiya Klubu və orada səslənən fikirlər növbəti dəfə gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu dəfə Rusiya prezidenti Vladimir Putinin Qarabağ mövzusu, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı dedikləri sərf-nəzər olunur.
Xatırladaq ki, 2019-cu ilin 3 oktyabrında Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə Azərbaycan dövlətinin qətiyyətini növbəti dəfə bütün dünyanın nəzərinə çatdırdı və torpaqların azadlığının anonsu elə həmin tədbirdə verildi. Görünür, “Valday” Klubuna Azərbaycandakı maraq həm də burdan qaynaqlanır.
Rusiyanın dövlət başçısı isə budəfəki iclasdakı çıxışında Azərbaycan və Ermənistanda həssaslıqla izlənilən bir sıra fikirlər söyləyib. “Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir”, - deyə Putin bildirib.
Rusiya lideri daha sonra Ermənistanın bəhanələrini kəsəcək mövqeyini açıqlayıb. “İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə edilə bilməz. Burada, bəlkə də, hər iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Çox sadə praqmatik məsələlər var. Xəritələr Rusiya ordusunun Baş Qərargahındadır. Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq hər iki tərəf sakitcə oturmalıdır... Orada da qarşılıqlı güzəşt tələb edən məsələlər var. Bunu etmək olar ya yox? Mümkündür”, - Putin, vurğulayıb.
“Ancaq əlbəttə ki, biz çoxtərəfli bir format tapmağın tərəfdarıyıq - Minsk Qrupunun işini gücləndirmək də daxil olmaqla. Biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik”, - Rusiya lideri əlavə edib.
Bu mövqe Ermənistandakı revanşistlər üçün “soyuq duş” effekti sayıla bilər. 44 günlük müharibədən sonra Ermənistanda əsasən, müxalifətdə olan qüvvələr delimitasiya və demarkasiya prosesinə qarşı çıxışlar edir, növbəti gəgrinliyə səbəb ola biləcək mövqe sərgiləyirlər.
Putin daha sonra əlavə edib ki, birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşılmalıdır. Onun fikrincə, baş vermiş hadisələrin faciələrinə baxmayaraq, İlham Əliyev və Paşinyan siyasi konyukturadan yuxarı qalxmağı bacardılar və çox məsuliyyətli qərar verdilər. “Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər” - Putin bildirib. O deyib ki, regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır: “Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Mən burada dinc, yanaşı yaşamağı vurğulamaq istəyirəm. Bunda isə hamı maraqlıdır. Ancaq bu, yeganə məqam deyil, baxmayaraq ki, insan həyatını qorumaqdan daha vacib bir şey yoxdur, başqa bir önəmli məsələ da var: uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bu isə yalnız o halda mümkündür ki, hər iki tərəf əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul edəcək və bunu vurğulamaq istəyirəm, dinc şəkildə birlikdə yaşamağın üstünlüklərini qiymətləndirəcək”.
Kreml başçısı deyib ki, burada hamının marağı var: “Azərbaycan Naxçıvanla normal əlaqəni qurmaqda, kommunikasiyaların açılmasında maraqlıdır və bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir - effektiv iqtisadi mühit yaratmaq, bölgədə, effektiv qarşılıqlı əlaqə - gələcəkdə Azərbaycanla da, yaratmaq, prinsipcə, Ermənistan bunda maraqlıdır, Türkiyə ilə münasibətlərini normallaşdırmaq, onları müasir hala gətirmək” - Rusiya prezidenti bildirib.
Əslində Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının əsasını 10 noyabrda qoyub, üçtərəfli bəyannamənin imzalanması ilə. Həmçinin 11 yanvar 2021-ci ildə Moskvada Putin-Əliyev-Paşinyan görüşündən sonra baş nazirlərin müavinlərinin iştirak və təmsilçiyilə komissiya yaradılıb. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyasına üç ölkənin baş nazir müavinləri rəhbərlik edir. Komissiya 11 yanvar 2021-ci il tarixli sazişin həyata keçirilməsi ilə məşğuldur. Bu sazişə əsasən regionda bütün kommunikasiyalar bərpa edilməlidir. 20 oktyabrda Moskvada nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə Ermənistan, Rusiya və Azərbaycan üçtərəfli komissiyasının növbəti görüşü keçirildi. Tərəflər bəyan etdilər ki, bir müddət sonra görüşün ikinci hissəsi reallaşdırılacaq.
Xatırladaq ki, rəsmi Bakı Naxçıvan və Azərbaycanın qalan hissəsi arasındakı yolun dəhliz olduğuna israr etməyə başladıqdan sonra komissiyanın işi dayanmışdı. Komissiyanın toplantısının ardınca Putin açıqca deyib ki, sərhədlər sovet dövründə olduğu kimi çəkiləcək. Ehtimal var ki, tərəflər məhz bunun üzərində razılaşacaq. Belə olarsa, keçmiş Dağlıq Qarabağ ərazisi, hazırda rus sülhməramlılarının nəzarətində olan ərazilər daxil, Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq.
Bəs Putinin dediyi kompromis sözünün mənası nədir? Yoxsa o, Gədəbəyin Başkəndi, yaxud keçmiş Şaumyan kənd rayonu ilə bağlı ermənilərin sərsəm iddialarına istinad edir? Bu faktdır ki, həmin ərazilər də tarixən Azərbaycana məxsus olub, sonradan Başkənd zorla qoparılaraq ermənilərə hədiyyə edilmişdi. Ermənilər bu ərazilərə köçü də süni məskunlaşdırmanın nəticəsində baş vermişdi. Bu mənada “Valday”da səslənən fikirlərdən nələrin baş verəcəyi sual olunur.
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov bu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Rusiya prezidentinin bəyanatında bir çox vacib məqamlar öz əksini tapıb: “Xüsusilə mina xəritələri ilə bağlı fikirləri diqqət çəkir. Məlum olduğu kimi, Ermənistan bir müddətdir delimitasiya və demarkasiya ilə bağlı məsələlərə müqavimət göstərirdi. Artıq Ermənistanın başqa yolu yoxdur. Sözügedən xəritələrdə əksini tapan sərhədlər tam bərpa olunmalıdır”.
Ermənilərin Başkənd və ya başqa iddialarına gəldikdə, C.Məmmədov əminliklə dedi ki, Azərbaycan güzəştə getməyəcək: “Hazırda Azərbaycan xalqı hətta ötən əsrin əvvəllərində Ermənistana verilən ərazilərin qaytarılmasını istəyir. Bütün hallarda delimitasiya və demarkasiya prosesi yekunlaşdırılmalı, bölgəyə sülh gəlməlidir. Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez öz məqsədlərinə nail olacaq. Ermənistanın əməkdaşlıqdan başqa yolu yoxdur. Hesab edirəm ki, Qazaxın 7 kəndi daxil olmaqla bütün ərazilərimiz özümüzə qayıtmalıdır. Bu baxımdan düşünürəm ki, üçtərəfli komissiyanın iclasları da xüsusi əhəmiyyət daşıyır. Bu kimi görüşlər tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılmasına ciddi töhfə verəcək”.
Millət vəkilinin fikrincə, hazırda əsas diqqəti digər yerlərin qaytarılmasına yönəltməliyik: “Qazaxın 7 kəndi, Kərki kəndi var. Əminəm ki, mərhələli şəkildə öz məqsədlərimizə nail olacağıq. Artıq Azərbaycan öz mövqeyini diktə edir”.
Akif Nağı
QAT sədri Akif Nağı hesab edir ki, Putinin son açıqlaması məsələlərə xeyli aydınlıq gətirdi:
“Hər şeydən əvvəl sərhəd məsələsinə konkret yanaşma sərgilənir ki, SSRİ dövrünün xəritələri əsas götürüləcək. Ermənistan buna razılaşarsa, digər məsələlər həllini tapacaq, delimitasiya və demarkasiya ləngiməyəcək. İlk baxışdan Rusiyanın regionda sabitliyin, dinc yanaşı yaşamanın bərqərar olmasında maraqlı olduğu görsənir. Amma bu, o qədər də inandırıcı deyil. Kreml həmişə ”parçala, hökm sür" siyasətini yeridib, bu siyasəti dəyişdirəcəyi də inandırıcı deyil. Görünür Putin bu açıqlamaları ilə regionda vəziyyəti nəzarətdə saxlamaq, kənar müdaxilələrə imkan verməmək məqsədi güdür".
A.Nağının fikrincə, “qarşılıqlı kompromislər” ifadəsi də qeyri-müəyyənlik yaradır:
“Azərbycanın güzəştə gedəcəyi bir məsələ yoxdur. Sovet dövründə ermənilər sərhədləri dəyişdirmiş, Azərbaycan ərazilərinə müdaxilə etmişlər. Bu, Qərbi Zəngəzur da daxil, bir ərazilərdə baş vermişdir. İndi Ermənistan həmin ərazilərdən çıxmalıdır. Başkəndlə bağlı da, bildiyimə görə ermənilərin dedikləri həqiqətdən uzaqdır. Bu ərazi sovet xəritələrində Azərbaycanın tərkibində olub, ermənilər oradan qışlaq kimi istifadə ediblər, oraya köçüb yaşayıb və qalıblar. Ona görə bu məsələdə də güzəştə gedəcəyimiz bir şey yoxdur. Bütün bunlarla yanaşı, Azərbaycan Rusiyanın istənilən təklifinə ehtiyatla yanaşmalı, ”gec partlayan mina" qoymasına imkan verməməlidir".
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Rusiya prezidentinin “Valday” klubunda Ermənistan-Azərbaycan münasibətləri istiqamətində qeyd etdikləri xüsusi əhəmiyyət kəsb edir:
“Bu həm də Rusiyanın bundan sonra atacağı addımları aydınladır. İlk növbədə Rusiya 10 noyabr və 11 yanvar razılaşmaları ilə əsas vasitəçidir və öhdəliyi iki ölkə arasında münasibətləri qaydaya salmaq, sülh əldə etməkdir. Hər iki sənəd xüsusi əhəmiyyət daşıyır və ona uyğun məhz danışıqlar aparılır. Ona görə də ilk növbədə Moskva 10 noyabr razılaşmalarına əməl edilməsi üçün Ermənistana təzyiq etməli və öhdəliklərinə əməl etdirməlidir”.
Məhəmməd Əsədullazadə
M.Əsədullazadənin fikrincə, baş nazirlərinin müavinləri çərçivəsində birgə komissiyada sərhədlərin delimitasiya və demarkasiyaı poresində Rusiya vasitəçi olmağı rəsmən elan etdi:
“Bununla da Moskva Qərbə mesaj verdi. Həqiqətən də Azərbaycanda sərhədlərin delimitasiyasını SSRİ vaxtındakı xəritələrə uyğun aparılmasını tələb edir. Bu xəritələr də Rusiya ”QRU"da saxlanılır. Sərhədlərin kompromis şəkildə dəqiqləşdirilməsini təklif etməklə Kreml neytral qalmağa çalışır. Görünür, Başkənd əvəzinə, Azərbaycanın anklav kəndlərininin bir neçəsinin Ermənistana güzəşt olunmasından söhbət gedir. Düşünürəm ki, buna gedilə bilməz. İlk növbədə anklav kəndlər Azərbaycana qaytarılmalıdır! Başkəndin Ermənistana verilməsindən də söhbət belə gedə bilməz! Azərbaycan heç vaxt buna getməz. Başkənd tarixi Azərbaycan torpağıdır. Bir də ola bilər ki, Qaragöllə bağlı Putin Azərbaycana nəyəsə güzəştə getməklə bağlı mesaj verir. Fikrimcə, kompromis budur. Əslində Azərbaycan Ermənistanla sərhədləri açmaqla kompromisə gedir".
Göründüyü kimi, ekspertlərimiz dövlətimizin qətiyyətli mövqeyini müdafiə etməklə yanaşı, ona inanır və tarixi torpaqlarımızla bağlı hər hansı güzəştə gedilməyəcəyinə əminlik ifadə edirlər. Məntiqlə, vasitəçilik edən tərəf də Azərbaycandakı dövlət-xalq-ordu birliyini nəzərə alıb, nəhayət, ədalətli mövqedən çıxış etməlidir. Əks halda, Rusiyanın vasitəçiliyi nəticəsində tamamilə məhv edilməkdən xilas olmuş Ermənistanı ram etmək üçün son söz yenə də Azərbaycanın olacaq. “Dəmir yumruq” yerində...
Oxşar Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Putin Obama ilə danışıqların uğursuz olduğunu bəyan etdi
"Qarabağ Azərbaycanındır, nida!"- paşinyankimilərə şapalaq kimi cavab - ŞƏRH
Azərbaycan Prezidenti
Xəbər lenti
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır