Rusiya "Taliban"ı terror təşkilatı siyahısından çıxara bilər - Putinin açıqlaması

""Taliban"ı terror təşkilatları siyamızdan çıxara bilərik".
Sozcu.info xəbər verir ki, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin "Valday" Klubunun toplantısında çıxışı zamanı bildirib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Balhi, Putinin açıqlamalarını məmmuniyyətlə qarşıladıqlarını deyib.
"Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin idarəçilərimizin adlarının qara siyahıdan çıxarılması ilə bağlı bəyanatlarını alqışlayır. Müharibə bitdiyi üçün dünya ölkələri də Əfqanıstana yanaşmalarına müsbət töhfə verməlidir. Beynəlxalq cəmiyyətlə qarşılıqlılıq prinsipinə əsaslanaraq yaxşı əlaqələr qurmağa çalışırıq", -deyə Balhi qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti