Moldova mediası: "Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb"

Moldovanın geniş oxucu auditoriyasına malik “NOİ” xəbər portalında 30 il ərzində Azərbaycan torpaqlarında aparılan etnik təmizləmədən bəhs edən məqalə dərc olunub.
Sozcu.info xəbər verir ki, saytda Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının iclasında səsləndirilən müraciətini işıqlandırılıb.
Eyni zamanda məqalədə bildirilir ki, Qarabağ işğal altında olduğu zaman Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub.
Qeyd edilib ki, birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb, həmçinin Ermənistanın törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Sonda Prezident İlham Əliyevin çıxışına istinadən qeyd olunub ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda bərqərar olan yeni reallıq insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yeni təkan verəcəkdir.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://noi.md/ru/v-mire/prezident-azerbajdzhana-obvinil-armeniyu-v-30-letnih-jetnicheskih-chistkah



Oxşar Xəbərlər

Xəbər lenti