Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.
XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.


Oxşar Xəbərlər

Xəbər lenti