Ceyhun Bayramov Fransaya getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə bağlı Fransanın paytaxtı Paris şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.


Oxşar Xəbərlər

Xəbər lenti