Türkiyə növbədənkənar seçkilərə gedir? - Ərdoğandan açıqlama

“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”.
Sozcu.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin toplantısında deyib. 
“Erkən seçki olmayacaq. 15-20 aya seçim etmək ibtidai tayfaların işidir. Biz dövrün zərurətini ortaya qoyan partiyayıq. Seçkilər hədəflərimizlə üst-üstə düşən 2023-cü ildə baş tutacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib. 


Oxşar Xəbərlər

Xəbər lenti