Lukaşenko Ukrayandan sonra Polşanı da hədələdi

Lukaşenko Ukrayandan sonra Polşanı da hədələyib.
Sozcu.info xəbər verir ki, Belarus prezidenti bildirib ki, Polşa sərhədi təhdid etdiyi kimi bağlasa, bunun nəticələri ağır olacaq. Belə olan halda Belarus enerji resurslarının keçidini dayandırmağa hazırdır.
"Yaxşı, bağlasınlar görək. Biz Avropa İttifaqına tez-tez getmirik. Bəs, mən sərhədi bağlasam, nə olacaq? Bizdən, xüsusən də Rusiya və Çinə axın necə təmin olunacaq? Onu bağlasam, kimə ziyan dəyəcək? Yaxşı, bağlayın. Amma bir fikirləşin görək, Rusiyadan enerji resurslarını necə alacaqsınız?", - deyə prezident qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti