Ərdoğan: Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri öncəsi keçirdiyi mətbuat konfransında Cənubi Kiprdə Larnaka Böyük camisinə edilən hücuma münasibət bildirib.
Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti baş verən hadisədən təəssüfləndiyini bildirib.
"Təəssüf edirəm ki, Cənubi Kiprin Larnaka şəhərindəki məscidlərimizə hücum edilib. Təbii ki, Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq. Bu barədə dostumuz, partiya sözçüsü Ömər bəyin açıqlamaları var. Quzey Kıbrıs Türk Cühmuriyyətinin prezidenti Ersin Tatarın verdiyi açıqlama kimi, biz də Cənubi Kiprə deyirik: Məbədlərimizdə belə təxribata əl atmayın. Belə təxribatlarla məşğul olmağın bədəlini ağır ödəyəcəksiniz. Biz də bunun arxasında kimin olduğunu axtarırıq. Cənubi Kiprdə 6 məscidimiz var. Bu məscidlərin təminatçısı Cənubi Kipr rəhbərliyidir. Mən həmişə deyirəm ki, biz onların bütün müqəddəs yerlərinə və kilsələrinə təminat verdiyimiz kimi, onlar da eyni təminatı verməlidirlər",-deyə Ərdoğan bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti