Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Bakıda səfərdə olub - FOTOLAR

Danimarka Krallığının Türkiyə və Azərbaycandakı səfiri Denni Annan 6-7 dekabr 2021-ci il tarixində Bakıda səfərdə olub.

Səfiri Danimarkanın Bakıdakı fəxri konsulu Arnoud Govaert, “Hempel Coatings” (LTD) şirkətinin rəhbər şəxsləri Mehmet Uygur və Hakan Delibalta, “Hempel” markasının Azərbaycandakı rəsmi tərəfdaşı, “Zetaş Yapı” şirkətinin rəhbəri Ramil Zeynalsoy müşayiət ediblər.
Səfər çərçivəsində qonaqlar Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Bakı Gəmiqayırma Zavodunun Baş meneceri İmamverdi Həsənovla, SOCAR-ın Satınalmalar idarəsinin rəhbəri Mehman Əkbərov, “SOCAR CAPE” şirkətinin rəhbər şəxsləri Martin Docherty, Alistair Macduff və Rüfət Bədəlovla görüş keçiriblər.
Görüş zamanı Azərbaycan və Danimarka şirkətləri arasındaki münasibətlərin inkişafından, “Hempel” markasının Azərbaycandakı və dünyadaki fəaliyyətindən, iki ölkə arasındaki ticarət əlaqələrinin genişləndirilməsindən, Azərbaycanda biznes mühiti imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.





















Oxşar Xəbərlər

Xəbər lenti