Gürcüstan, Ukrayna və Baltikyanı Putinin təbrik siyahısından "düşüb" - KİV

Rusiya Prezidenti Vladimir Putin yeni il münasibətilə 42 dövlətin başçısını, o cümlədən Amerika Birləşmiş Ştatlarının Prezidentini tərik edib.
Təbrik olunanlar arasında Ukrayna Prezidenti Vladimir Zelenskinin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin adları yoxdur. Rusiya Prezidentinin təbrik ismarışı Kremlin mətbuat xidməti tərəfindən dekabrın 30-də dərc olunub.
Putin həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonu, ÇXR sədri Si Tsizinpini, Almaniya kansleri Olaf Şoltsu, Böyük Britaniyanın Baş naziri Boris Consonu və kraliça 2-ci Yelizavetanı, Fransa Prezidenti Emmanuel Makronu, Türkiyənin Prezidenti RəcəbTayib Ərdoğanı, Yaponiyanın Baş naziri Fumio Kisidunu, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevi və Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevi də təbrik edib.
ABŞ Prezidenti Co Bayden üçün təbrikdə rusiyalı lider yazıb ki, iki ölkə ümumi çağırışların konstruktiv dəf olunması üçün qarşılıqlı fəaliyyət göstərə bilər və göstərməlidir.
Göründüyü kimi, Baltik respublikalarının liderləri, NATO-ya can atan Gürcüstan və Ukrayna Prezidentləri təbriksiz qalıblar.
Məlumatı dekabrın 31-də «Amerikanın səsi» radiosu yayıb.


Oxşar Xəbərlər

Xəbər lenti