Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Putin Qarabağ məsələsinin bitdiyini ELAN ETDİ - Erməniləri özündən çıxaracaq BƏYANAT
Bu gün dünya mühüm dəyişikliklərdən keçir, bəşəriyyət sürətli inkişaf və dərin transformasiya dövrünə qədəm qoyur. Çoxqütblülük, iqtisadi qloballaşma, dünya nizamındakı proseslər və hadisələrdə dəyişikliklər müşahidə olunur. Dövlətlər arasında qarşılıqlı əlaqə və asılılıqlar artır, dünyada gücün yenidən bölüşdürülməsi tendensiyası yaranıb.
Bu gün Rusiya ilə Ukrayna arasında pik həddinə çatan gərginlik fonunda güc mərkəzləri dünyanı iqtisadi bölüşdürmək sevdasındadırlar ki, bu proses artıq sürətli şəkildə həyata keçirilir. İki gün əvvəl Aİ-nin prezidenti Mişel və Fransa lideri Makronun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin onlayn formatda keçirilən görüşünü rəsmi Bakı üçün uğurlu hesab etmək olar. Çünki Makron və Mişelin yekun bəyanatında Minsk qrupuna istinad edilməməsi və "Dağlıq Qarabağ münaqişəsi" qeydinin olmaması, ümumiyyətlə Qarabağ adının çəkilməmisi o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxarılmışdı, Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul etməyə başlayıb.
Lakin ötən gün Makronun Moskvaya gələrək Putinlə baş tutan görüşü zamanı da müzakirə ediləcək məsələlər arasında Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ məsələsi və Minsk Qrupu ilə bağlı mövzuların da iki dövlət başçısı arasında müzakirə ediləcəyi istisna edilmirdi. Putinlə Makron arasında 6 saat davam edən görüşdə Ukrayna-Rusiya gərginliyi, qaz böhranı, Fransada preizdent seçkilərinə Rusiyanın mümkün müdaxiləsi məsələləri ilə yanaşı Ermənistan-Azərbaycan mövzusu da masaya yatırılıb.
Görüşün bu qədər uzun çəkməsi Moskvaya Ukrayna böhranı ilə bağlı önəmli təkliflə getdiyi deyilən Makronun Rusiya-NATO böhranında Moskva-Brüssel arasında körpü rolunu oynamaq planının istədiyi kimi nəticələnmədiyini güman etmək olar.
Öncə gələk bu iki liderin görüşünün keçirildiyi məkanda arxasında əyləşdikləri masaya... Putin bu masa arxasında Makron üçün ayırdığı yerlə öz əyləşdiyi yer arasındakı məsafənin bu qədər böyük olması ilə Qərbə, dünyaya bəzi mesajlar verdi. Hər zaman keçirdiyi rəsmi görüşlər zamanı məkana və oradakı bütün detallara xırdalığına kimi diqqtə yetirən Putinin bu dəfə də həmin nüanslara xüsusi diqqət ayrıdığı istisna edilmir. Rusiya lideri Makronla arasında buraxdığı bu böyük məsafə ilə rəsmi Moskvanın Parislə münasibətlərinin arasındakı uçurumu, adlarının ortaq çəkildiyi proseslərdəki mövqelərini, ayrı-ayrı qütblər olduğunu nümayiş etdirdi. Konkret desək, Putin masa ətrafında Makronla arasında bu qədər məsafəni buraxmaqla Rusiya ilə Fransanın hazırki hakimiyyətinin bir-birindən çox uzaq mövqeyə malik olduğunu nümayiş etdirdi. Dünya mətbuatının da bu məqam diqqətindən yayınmadı. Makronla Putin arasındakı məsafə dünya mətbuatında Fransada "Makron elə Parisdəki iş otağından onlayn da danışa bilərdi" zarafatına mövzu oldu. Normalda çox sadə məntiqlə yanaşsaq, insan sevmədiyi qonaq evinə təşrif buyuranda onunla bu qədər məsafəli dayanmağı üstün tutar. Əslində isə ümumilikdə Putinin hesablamaları özünü doğrultdu deyə bilərik: Uzun masa bəlkə də danışıqların uzun çəkəcəyini öncədən işarə etmişdi.
Onlar arasında danışıqların bu qədər uzun çəkməsi isə təbii ki, heç də tərəflərin söhbətlərinin uğurlu alındığı anlamına gəlmir. Demək ki, onlar hansısa məsələlərdə ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər, hansısa proseslərlə bağlı razılığa gələ bilməyiblər ki, dialoqları bu qədər uzun çəkib. Görüşdən sonra Putinin zalı tərk edərkən bədən dili bir çox nüanslara aydınlıq gətirmək baxımından önəmli idi. Putin mətbuat konfransından sonra Makronu gözləmədən salondan çıxır ki, Kreml rəhbəri bu addımı ilə Fransa prezidentinə onu ciddiyə almadığını, siyasi lider kimi önəmsəmədiyini nümayiş etdirdi.
RF-nın prezidenti V.Putin Fransa respublikasının prezidenti E.Makronla bağlı qapılar arxasında keçirilən bir neçə saatlıq görüşdən sonra jurnalistlərin suallarına cavab verərkən ona qarşı cəbhə alan qüvvələri təhdid etməkdən də çəkinməyib. Kreml rəhbəri "Əgər NATO Ukraynanı öz sıralarına daxil edəcəksə, heç şübhəsiz o bizdən Krımı tələb edəcək və beləliklə alyans ölkələri ilə Rusiya arasında müharibə qaçılmaz olacaq. Biz başa düşürük NATO-nun hərbi gücü bizdən dəfələrlə çoxdur, amma unutmayın ki, biz də zəif deyilik və xeyli sayda inkişaf etdirilmiş texnologiyalara malik nüvə ölkəsiyik. Bizim təhlükəsizliyimizə qarşı hər hansı bir addım atılacağı təqdirdə cavabımız çox ağır olacaq və bu müharibədə kimsə qalib olmayacaq, hamı uduzmağa məhkum olacaq" açıqlaması ilə Rusiyaya qarşı müharibəyə üçüncü, dördüncü qüvvələrin müdaxiləsinin olacağı təqdirdə nüvə silahını işə salacağını bəyan edib. Əslində bu açıqlaması ilə Rusiya NATO-ya Ukraynanı silahlandırmağı dayandırmayacağı təqdirdə müharibənin qaçılmaz olduğunu bəyan etməklə yanaşı, məğlub olmamaq üçün bütün qitəni, dünyanı belə məhv etməyi gözə alacaqları ilə bağlı mesaj verib. Dolayısı ilə Putin bu açıqlaması ilə müharibənin başlayacağını istisna etmədiyini bəyan edib.
Dünyanın diqqətlə izləməyə çalışdığı bu görüş zamanı heç şübhəsiz ki, Azərbaycan üçün vacib mözulardan biri məhz hələ də aralarında bir çox məsələlərin həllini tapmadığı, üzərindən bir ildən çox vaxt keçməsinə rəğmən 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan müddəaların çoxunun icra edilmədiyi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələ idi. Gözlənildiyi kimi Putin Makronla görüşdə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra birgə mətbuat konfransında Kreml rəhbəri bu istiqamətdə etdiyi açıqlamalarla rəsmi Bakının mövqeyini əks etdirib.
Belə ki, öz çıxışında Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirən Rusiya dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar. Bununla da Putin ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, eləcə də Amerikaya bildirmiş oldu ki, Qarabağda bir vasitəçi var, ola bilər, o da Rusiyadır. Putinin "Minsk qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar" sözləri isə tamamilə Prezident İlham Əliyevin fikirləridir desək yanılmarıq. 44 günlük müharibə ilə 30 illik işğala son qoyulduğu üçün hər hansı bir münaqişənin söhbət mövzusu olmadığını az qala hər çıxışında qeyd edən Azərbaycan Prezidenti, bununla da Minsk Qrupunun "münaqişənin həlli" ilə bağlı regionda hər hansı bir məsələdə iştirakının da artıq mümkünsüz olduğu, geridə qalan illər ərzində "missiyalarının" öhdəsindən gələ bilmədikləri barədə dediklərinin təsdiqi idi. Putin bu açıqlaması ilə 10 noyabr üçtərəfli bəyanatından sonra Minsk Qrupunun fəaliyyətinin formal xarakter daşıdığını işarə edib. Kreml sahibi eyni zamanda Qərbə bir daha xatılratmış oldu ki, artıq "Qarabağ münaqişəsi", "Dağlıq Qarabağ problemi" deyilən bir şey qalmayıb, ona görə Minsk Qrupu regionda iştirak etmək istəyirsə, burada yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətdən söhbət gedə bilər.
Rusiya lideri bu açıqlaması ilə Azərbaycanın mövqeyini nümayiş etdirməkdən ziyadə, Cənubi Qafqazda hərbi iştirak baxımından Türkiyədən başqa bir dövlətin mövcudluğuna qarşı olduğunu nümayiş etdirdi. Eyni zamanda Ermənistana da mesaj verdi ki, Qarabağ məsələsi artıq qapanıb, həll edilmiş bir konflikti gündəmə daşıyıb manipulyasiya etmək cəhdiniz ancaq vaxt itkisidir.
Postkonflikt dövründə hadisələrin bu cür cərəyan etməsi şübhəsiz ki, Bakının xeyrinədir. Azərbaycan da regionda kənar müdaxilələrə qarşıdır. Moskva, Bakı və Ankara demək olar ki, bu məsələdə artıq yekun qərarı veriblər, hələ 44 günlük müharibənin gedişindən...
Oxşar Xəbərlər
Rəsmi Moskvadan Qarabağla bağlı mühüm açıqlamalar
Makronla Putin Qarabağla bağlı nə “razılaşıb”?
"Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"
"Putinlə Makron Qarabağla bağlı razılığa gəlib, yaxın günlərdə çıxış edəcəklər"
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək